top of page

YHX-lərinə selikli qişa və cinsiyyət üzvləri də daxil olmaqla bədənin bütün sahələrində rast gəlinə bilər, amma daha çox qulağın kənarları, alt dodaq, üz, kəllə dərisi, boyun, əllər və ayaqlar kimi günəş şüaları təsirinə daha çox məruz qalan sahələrdə rast gəlinir.


Kiçik bir faiz – təqribi hesablamalara görə 2-10 faiz hallarda - bu kənar toxumalar və orqanlara da yayılır (metastaz verir).
Bu baş verəndə, yastı hüceyrə xərçəngləri çox vaxt həyat üçün təhlükəli olurlar. 



Səbəblər və Risk Amilləri


Bu Kimlərdə Baş Verir

 

Ağ dərili, açıq rəngli saçları olan və mavi, yaşıl və boz gözləri olan şəxslər ən çox bu xəstəliyin inkişaf  riski altındadırlar. Amma, nəzərə çarpacaq dərəcədə günəş şüaları və solariy qəbul etmək tarixçəsi olan hər bir kəs artan risk altındadır.
 

Fotokimyəvi xeylit
 

Bu formalı aktinik keratoz çox vaxt alt dodaqda baş verir ki, bu da onun quru olmasına, çatlamasına qabıq verməsinə, avazımasına və ya ağ olmasına gətirib çıxarır. Axı nə üçün məhz alt dodaq? Çünki, o üst dodağa nəzərən daha çox günəş şüasına məruz qalır. Əgər tez müalicə edilməsə, fotokimyəvi xeylit yastı hüceyrələrin xərçənginə gətirib çıxara bilər.
 

Nəyi axtarmalı
 

Yastı hüceyrəli xərçəng səciyyəvi olaraq, davamlı, qalın, kobud, qabıqlı xaldır ki, əzəndə qanayır. Onlar çox vaxt ziyilə bənzəyirlər, bəzən şişmiş, nahamar sərhədli və hündür, çınqıl əsas üzərində qabıqlı səthə malik olurlar.


                                                           
                                                                 

 

 



 

 


                                                                 



 

 



                                                              


                                                           







                                                             
                                                                 







 

 

 

 

 

DƏRİ XƏRÇƏNGİNİN QARŞISININ ALINMASI
 

Nə qədər ki, yastı hüceyrəli xərçənglər və digər dəri xərçəngləri demək olar ki, həmişə müalicə edilə biləndir, onların erkən olaraq aşkar edilməsi və müalicəsi, ilkin mərhələdə onların qarşısının alınması üçüb ən yaxşı üsuldur. Aşağıdakı, günəş təhlükəsizliyi vərdişlərini özünüzün gündəlik sağlamlığınızın qorunmasında qayda-qanun halına salın:

  • Kölgə axtarın, ələlxsus da gündüz saat 10:00-4:00 arası vaxtlarda.

  • Günəş altında yanmayın.

  • Günəş altında və solariyada qaralmaqdan imtina edin.

  • Üstünüzü paltarla örtün, o cümlədən yanları enli şlyapa və UB blokirovkalı günəş eynək vasitəsilə qorunun.

  • Geniş spektrli, 15 və ya daha yüksək SPF-li (UVA/UVB) günəş qoruyucularından hər gün istifadə edin. Uzun sürən çöl işləri üçün, suya-davamlı, geniş spektrli, 30 və ya daha yüksək SPF-li (UVA/UVB) günəş lövhələrindən istifadə edin.

  • Yeni doğulmuş uşaqları günəşdən qoruyun. Altı ayı tamam olmuş uşaqlara günəş qoruyucuları istifadə edilməlidir.

  • Hər ay öz dərinizi təpədən-dırnağadək yoxlayın.

  • Peşəkar dəri yoxlaması üçün ildə bir dəfə öz həkiminizə müraciət edin.
     

Müalicə Variantları
 

Yastı hüceyrəli xərçəng erkən mərhələdə aşkar edilərək cəld götürüldükdə həmişə minimal zərərlə sağaldıla bilir. Amma, müalicəsiz buraxdıqda, onlar son mərhələdə altda yerləşən toxumalara keçir və eybəcərləşmə və metastaz yaradır. Toxumanın nümunəsi (biopsiya) götürülərək, mikroskop altında analız edilir ki, dəqiq diaqnoz əldə edilsin. Əgər şiş hüceyrələri olarsa onda cərrahiyyə tələb olunur.
 

Eksizion Cərrahiyyə
 

Lokal anesteziya ilə sahə keyidildikdən sonra, həkim təhlükəsizlik zolağı olan normal dəri sərhəddi boyunca, bütün şiş hissəni skalpellə götürür. Cərrahiyyə hisəsinin ətrafındakı yara sonradan tikişlə örtülür (ilmə). Kəsilib götürülmüş toxumalar sonradan labaratoriyaya mikroskop yoxlamasına göndərilir ki, bütün xərçəng hüceyrələrinin kəsilib götürüldüyü yoxlanılsın. Bu üsulla əsas şişlərin qəbul edilən müalicə əmsalı 92 faizdir. Bu faiz residivləşən yastı hüceyrə xərçəngi üçün 77 faizə düşür.
 

Radiasiya
 

Cərrrahiyəyə və ya anesteziyaya heç bir ehtiyac olmadan, rentgen şüaları şiş üzərinə yönəldilir. Tam məhv edilmə üçün, ümumiyyətlə, həftədə bir neçə müalicə kursu olmaqla bir və ya bir neçə həftə tələb edilir. Sağalma əmsalı çox fərqlidir, 85-95 faiz arasında dəyişir, və bu üsulun uzunmüddətli kosmetik problemləri və radiasiya riski və habelə çoxlu baş çəkmələri ola bilər. Ona görə də cərrahiyə üçün çətin şişlərə, qocalar və ya sağlamlıq durumu pis olan xəstələr üçün bu müalicə istifadə edilə bilər.

Yastı Hüceyrə Xərçəngi (YHX)

Qeyri hamar sərhədlərə malik davamlı, ərpli, qırmızı xal bəzən qabıqlanır və ya qanayır.

Ortası çuxur olan və arabir qanayan böyümüş şiş. Bu növ şişlərin ölçüsü sürətlə arta bilər.

Qanayan və qabıqlayan və həftələrlə davam edən açıq yara.

Qabıqlayan və arabir qanayan ziyiləbənzər şiş.

bottom of page