top of page

Ən təhlükəli dəri xərçəngi formasıdır, bu xərçəng şişləri o vaxt inkişaf edir ki, bərpa edilməmiş DNT dəri hüceyrələrini zədələməsi (çox vaxt günəş şüalarının ultrabənövşəyi radiasiyası və ya günəş vannalarının təsiri nəticəsində) mutasiya və ya genetik çatışmazlıq yaradır ki, bu da dəri hüceyrələrinin sürətlə çoxalmasına və bədxassəli şiş əmələ gətirməsinə səbəb olur. Bu şişlər epidermanın bazal qatındakı piqment-istehsal edən melanositlərdən başlanğıc götürür. Melanomalar çox vaxt xala bənzəyir; bəziləri xaldan inkişaf edirlər. Melanomaların əksəriyyəti qara və ya qəhvəyi rəngdə olur, amma onlar dəri rəngində, çəhrayı, qırmızı, tünd qırmızı, mavi və ağ da ola bilir. Melanoma güclü, təsadüfi UB şüalarının təsiriylə (çox vaxt günəşdən qaralmaya gətirən), ələlxsus da xəstəliyə genetik olaraq  meylliliyi olan şəxslərdə yaranır. Melanoma ildə təxminən 8,790 nəfəri ABŞ-da öldürür.

Əgər melanoma erkən olaraq tapılıb müalicə edilsə, onda o həmişə müalicə edilə bilir, əgər bu edilməzsə, xərçəng inkişaf edərək digər orqanlara da yayılır ki, sonradan onu müalicə etmək çox çətin olur və o öldürücü ola bilir. Baxmayaraq ki, o çox da geniş yayılmış dəri xərçəngi deyil, ölümlərin çoxunu o törədir. 



Ailə Anamnezi
 

Melanoma üçün irsiyyət əsas rol oynayır. Xəstəliyin diaqnozu ilə yoxlanılan hər 10 xəstədən biri melanomanın ailə üzvü tarixçəsinə malikdir.

Həmişə məsləhət görülür ki, tam günəşdən qoruma rejiminin vacib bir elementi kimi, SPF 15 və ya daha yüksək göstəricili günəş qoruyucusundan istifadə edilsin. Amma, təkcə günəş qoruyucusu kifayət deyildir. Aşağıda dəri xərçəngindən qorunma üzrə məsləhətlərin tam siyahısı göstərilmişdir:

  • Kölgə axtarın, ələlxsus da gündüz saat 10:00-4:00 arası vaxtlarda.

  • Günəş altında yanmayın.

  • Günəş altında və solariyada qaralmaqdan imtina edin.

  • Üstünüzü paltarla örtün, o cümlədən yanları enli şlyapa və UB blokirovkalı günəş eynəyi vasitəsilə qorunun.

  • Geniş spektrli, 15 və ya daha yüksək SPF-li (UVA/UVB) günəş lövhələrindən hər gün istifadə edin. Uzun sürən çöl işləri üçün, suya-davamlı, geniş spektrli, 30 və ya daha yüksək SPF-li (UVA/UVB) günəş lövhələrindən istifadə edin.

  • Çölə çıxmazdan 30 dəqiqə əvvəl bütün bədəninizə günəş qoruyucu sürtün. Hər iki saatdan bir və ya çimdikdən sonra və ya çoxlu tərlədikdən dərhal sonra qoruyucunu yenə də bədəninizə sürtün.

  • Yeni doğulmuş uşaqları günəşdən qoruyun. Altı ayı tamam olmuş uşaqlara günəş qoruyucuları istifadə edilməlidir.

  • Hər ay öz dərinizi təpədən-dırnağadək yoxlayın.

  • Peşəkar dəri yoxlaması üçün ildə bir dəfə öz həkiminizə müraciət edin

 

 

Xəbərdarlıq İşarələri: Melanomanın ABCDE-ləri

 

Xallar, dəridə qəhvəyi ləkələr və şişlər adətən ziyansız olur – amma heç də həmişə yox. Bədənində 100-dən çox xalı olan şəxslər daha böyük melanoma riski altında olur. İlk əlamətlər bir və ya daha çox atipik xallarda yarana bilər. Melanomanın ABCDE işarələrini axtarın, əgər siz bir və ya bir neçəsini görsəniz, onda dərhal həkimlə görüş təyin edin.
 

                                                                        

 

 

                                                                                                                                                

                                                                      

                                                                                                                                                

                                                                        

 

 

 

 

 

 

C- Rəng

                                                                  

 

 

 

 

 

                                                                                                              

                                                                         

                                                                         

                                                                         

 

                                                                         

                                                                         

                                                                          

 

 

 

Müalicəsi

 

Cərrahiyyə Yolu İlə Kəsilmə

 

 

Melanomanın müalicəsində ilk addım onun kəsilib götürülməsidir, və bunun etməyin standart üsulu isə cərrahiyyə yolla kəsilmədir (kəsilib çıxarılma).

                                                                                                   

Melanoma

A - Asimmetriya

Əgər siz bu xal boyunca xətt çəksəniz onda iki yarı üst-üstə düşməyəcək.

B- Sərhəd

Erkən melanomanın sərhədləri qeyri-hamar olmağa meyllidir.  

Kənarları iti və ya çapıq olur.

C- Rəng

Müxtəlif rənglərin olması digər xəbərdarlıq siqnalıdır. Qəhvəyi, sarı-darçını və ya qara rəng kimi bir sıra rənglər meydana çıxa bilər. Melanoma həmçinin, qırmızı, mavi və ya hər hansı digər rəngə də çala bilər.

D- Diametr

Melanomalar adətən diametrcə sizin qələminizdə olan pozanın ölçüsündən bir qədər böyük olur (6 mm), amma onlar ilk dəfə aşkarlanarkən ola bilər ki, kiçik olsunlar.

E- İnkişaf

Ölçüsündə, formasında, rəngində, inkişafında, və ya digər

xüsusiyyətlərində hər hansı dəyişiklik, və ya qanama, qaşınma və ya qabıqlanma kimi digər istənilən yeni simptomlar təhlükədən xəbər verir.

bottom of page